28/04/2017 08:58

Kərim Vəliyev: Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq uğurla inkişaf edir

Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq uğurla inkişaf edir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bildirib.

“Biz rusiyalı həmkarlarımızla daim əlaqədəyik. Xüsusən də qarşılıqlı hərbi-texniki əməkdaşlığımız müvəffəqiyyətlə inkişaf edir”,- deyə nazir müavini Azərbaycana Rusiya istehsalı olan silah və texnikanın çatdırılmasını şərh edərkən bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyi Rusiyaya sifariş verilmiş bəzi silah və texnikaların Azərbaycana gətirildiyini nümayiş etdirib.