18/12/2015 20:32

“Keşikçi dağ” sərhəd zastavası istifadəyə verilib – FOTOLAR

Dekabr ayının 18-də Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksi istifadəyə verilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov iştirak edib.

Tədbirdə prezident İlham Əliyevin sərhədçilərlə çoxsaylı görüşlərindən birinin məhz bu sərhəd zastavasının ərazisində baş tutması, 2005-ci ilin oktyabr ayının 12-də şimal-qərb sərhədlərinin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması, həmin zirvənin “İlham Əliyev zirvəsi” adlandırılması açılış mərasimində böyük qürur hissi ilə vurğulanıb.

“Keşikçi dağ” sərhəd zastavası Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edilib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Şəхsi heyət üçün lаzımi məişət şərаiti оlаn yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilib.

photo_20151218174544

photo_20151218174527

photo_20151218174509

photo_20151218174442

photo_20151218174412

photo_20151218174426

photo_20151218174321

photo_20151218174303

photo_20151218174230