18/09/2015 14:47

“Kirpi” partlayışdan bu vəziyyətə düşdü – FOTO

Türkiyənin BMC şirkətinin istehsalı olan “Kirpi” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) döyüş əməliyyatları zonasında problemlərlə üzləşib.

“AzeriDefence”nin Türkiyə “Hürriyət” qəzetinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də Muş vilayətində “Kirpi” maşınının keçdiyi sırada baş verən partlayışda maşın ciddi zərər çəkərək iki yerə bölünüb. Baş verən partlayışda 12 əsgər yaralanıb.

Türkiyə mediasında yer alan video görüntülərdə və fotolarda “Yürüyən qala” adlanan “Kirpi”nin partlayış dalğasının təsirindən yoldan çıxdığı, maşının gövdəsinin iki parça olduğu, motorun yerindən çıxdığı görünür.

Fotoların və videonun, eləcə də əvvəllər yaşanmış bir neçə hadisənin təhlili “Kirpi” MRAP-ların heç də istehsalçı firmanın bəyan etdiyi səviyyədə təhlükəsizlik tələblərinə cavab vermədiyini göstərir.

Bir neçə il əvvəl Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri “Kirpi”nin alt hissədə mina partlayışına davam gətirdiyini, lakin yanlarda baş verən partlayışlardan tez aşdığını qeyd etmişdilər. Məhz bu səbəbdən Türkiyə Silahlı Qüvvələri yeni MRAP arayışına çıxmışdı.

Qeyd edək ki, hazırda BMC şirkəti Azərbaycan və Qazaxıstan daxil olmaqla bir neçə postsovet respublikasına, o cümlədən ərəb bazarına “Kirpi”ni satmaq istiqamətində işlər aparır.

31345928

Foto: www.hurriyet.com.tr

31345899

Foto: www.hurriyet.com.tr

 

ki1

Foto: www.hurriyet.com.tr

2

Foto: www.hurriyet.com.tr