25/05/2012 13:07

KMW İngiltərənin WFEL şirkətini aldı

Almaniyanın Krauss-Maffei Wegmann GmbH (KMW) şirkəti İngiltərənin mülki və hərbi təyinatlı körpülər istehsal edən WFEL şirkətini alıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə KMW şirkətinin yaydığı press-relizdə qeyd olunub.

Bununla da şirkət fəaliyyət dairəsini daha da genişləndirdiyini açıqlayıb.

WFEL su ərazi maneələrini keçilməsi, həmçinin kommunikasiyaların dağıdıldığı ərazilərdə istifadə olunan, maksimum 46 metrədək uzunluqda körpülər istehsal edir.

WFEL şirkəti 2011-ci ildə 45 milyon avro dəyərində satış gerçəkləşdirib.