01/05/2013 11:37

Kolumbiya helikopterlərini Spike-NLOS ilə silahlandırır

Kolumbiya Müdafiə Nazirliyi İsrailin Rafael Advanced Defense Systems şirkətindən Spike-NLOS (Non Line of Sight) böyük uzaqlığa malik tank əleyhinə raket sistemlərini əldə edir. Bu barədə “AzeriDefence” “www.infodefensa.com” saytına istinadən məlumat verib.

Yeni raketlər Kolumbiyanın Hərbi Hava Qüvvələrinin Arpía III helikopterlərinin yenilənməsi proqramına daxil olacaq.

Proqram çərçivəsində 12 helikopter müasirləşdiriləcək. Yenilənməyə həmçinin helikopterə yeni silahın və görüş avadanlığının quraşdırılması daxildir.

Qeyd edək ki, Spike-NLOS 25 kilometr məsafəyə malikdir.