30/12/2012 12:28

Koreya minaları idarə olunan bombalarla əvəz edir

Cənubi Koreya ənənəvi minalardan imtina edir. Bu barədə “AzeriDefence” Koreya saytlarına istinadən məlumat verib.

Koreya Müdafiə Nazirliyi 2014-ci ildən minaları uzaqdan idarə edilən bombalarla əvəz etməyi planlaşdırır.

Yeni idarə olunan bombaların yaradılması ilə Hanwha Corporation məşğul olur. Yeni sistemin yaradılmasına Koreya Müdafiə Satınalmaları və Təchizat Agentliyi (DAPA) tərəfindən son 3 ildə 6.1 milyon ABŞ dolları vəsait xərclənib.