30/06/2017 17:43

“Korsar” TƏİR komleksindən növbəti atış testi keçirilib

Ukrayna yeni “Korsar” portativ tank əleyhinə idarə olunan raket kompleksinin növbəti atış sınaqlarını keçirib.

“AzeriDefence”nin məlumatına görə bu barədə Ukraynanın “Luç” Konstruktor Bürosu məlumat yayıb.

Sınaqlar zamanı “Korsar” raket kompleksi təxminən 2000 metr məsafədən zirehli texnikanı vura bilib.

“Luç” Konstruktor Bürosundan bildirilib ki, “Korsar” portativ tank əleyhinə idarə olunan raket kompleksi döyüş texnikalarının tam məhv edilməsinə zəmanət verir.

“Korsar” düşmənin zirehli texnikasının, o cümlədən birləşdirilmiş möhkəmləndirilmiş atış nöqtələrinin arxasındakı canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulur. RK-3K tandem döyüş başlığı ən azı 550 mm qalınlığında zirehə nüfuz edir.

“Korsar” TƏİR ABŞ-ın FGM-148 “Javelin” raketinə bənzəyir və 2.5 km məsafədə hədəfləri lazer şüalarından istifadə etməklə vurmağı bacarır. Kompleksin əsas xüsusiyyətlərindən biri əlavə qurğular olmadan çiyinə keçirilməklə aparıla bilməsidir.

Raket kompleksinin ümumi çəkis 15.4 kq-dır. -40 dərəcədən +60 dərəcəyədək olan hava şəraitində işləmə qabiliyyətinə malikdir. Raketin kalibri 107 mm, konteynerin uzunluğu 1180 mm-dir.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın “Luç” Konstruktor Bürosu 2016-cı ilin dekabrında “Korsar” TƏİR kompleksindən yüksək partlayıcı döyüş başlığı ilə təchiz edilmiş RK-3OF raketinin atış testini keçirib. Testlər zamanı 50 mm qalınlığında zireh lövhələri RK-3OF raketi vasitəsi ilə deşilib.