16/02/2017 13:59

Kosova Silahlı Qüvvələrinin yaradılmasına qərar verildi  

Kosova parlamenti ölkənin öz silahlı qüvvələrinin yaradılması barədə qətnamə qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Kosova dövlət televiziya kanalı xəbər yayıb.

Qətnaməyə serb fraksiyası etiraz etsə də səsçoxluğu ordunun yaradılmasının leyhinə olub.

Qətnamədə bildirilib ki, Kosova Silahlı Qüvvələri NATO və ABŞ-la əlaqələrə prioritet məsələ kimi baxmır. Bütün ölkələrin orduları ilə əməkdaşlıqda maraqlı olacaq.

Xatırladaq ki, Serbiyanın baş naziri İviça Daçiç Kosova parlamentinin bu qərarını BMT Təhlükəsizlik Şurasının 1244-cü qətnaməsinin əleyhinə olduğunu söyləyib. Həmçinin, rəsmi Belqrad Kosovanın bu addımını regionda gərginliyin artmasına gətirib çıxaracağı qənaətindədir.