02/11/2017 13:58

KrAZ çox məqsədli zirehli avtomobil yaradıb – FOTO

Ukraynanın KrAZ şirkəti yeni çox məqsədli zirehli nəqliyyat vasitəsi hazırlayıb.

Bu barədə “AzeriDefence” KrAZ şirkətinin rəsmi saytına istinadən məlumat verib.

КrАZ-6322 PM-V indeksi almış yeni avtomobil pirotexnik vasitələrin daşınması və digər humanitar məqsədlər üçün yaradılıb. Yeni xüsusi avtomobil partlayış təhlükəsi olan predmetlərin aşkar edilməsi yerinə operativ gəlmək üçün nəzərdə tutulub. КrАZ-6322 PM-V xüsusi əmlakın, təchizatın, partlayıcı maddələrin və partlatlayıcı vasitələrin daşınmaları və onların zərərsizləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, yükləmə-boşaltma işlərini yerinə yetirir.

Nəqliyyat vasitəsi KrAZ-5233VЕ-ün bazasında yaradılıb. Funksional keyfiyyətləri və konfiqurasiya müqayisəsinə görə yeni avtomobil sələfindən əhəmiyyətli dərəcədə fərqlənir. КrАZ-6322 PM-V-nin kabinəsi zirehlidir və PZSA-4 səviyəsinə cavab verir. Həmçinin eyni qoruma səviyyəsiylə gülləkeçirməz şüşəylə təchiz edilib.

Avtomobilin ballistik müdafiəsi isə PZSA-6 səviyyəsindədir. Kabina 45VT diopozonunda fəaliyyət göstərən UKV radiostansiyası, stasionar rəqəmsal GPS naviqasiya sistemi, yanğın əleyhinə qurğu, təhlükəsizlik kəməri və digər vasitələrlə təchiz olunub. Kabinə və yük bölməsinin arasında təchizatın, texnoloji avadanlığın və alətin yerləşdirilməsi üçün nəzərdə tutulmuş bölmə də var.

Nəqliyyat vasitəsinin kranı 12 tona qədər yükləri 15 metr məsafədə belə qaldırmaqda təyinatlıdır. Kran-manipulyatorun idarə edilməsi 10 metr məsafədən distans pultun köməyi ilə həyata keçirilir.

Məlumatda o da qeyd olunub ki, ən müasir avadanlıqla təchiz edilmiş pirotexniki xüsusi avtomobillərdən Donetsk vilayətinin minalardan təmizləməsi üçün ölkənin şərqinə cəlb olunması nəzərdə tutulub.