17/12/2017 11:46

Kumulyativ döyüş başlıqlı “Zərbə” PUA – nın testlərinə başlanıb

MSN və İsrailin Aeronautisc şirkətinin birgə istehsalı olan ZƏRBƏ kamikadze PUA

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin İsrailin “Aeronautics Defence Systems” şirkəti ilə birlikdə istehsal etdiyi “Zərbə” kamikadze pilotsuz uçuş aparatının (PUA) kumulyativ döyüş başlığı ilə dəstləşdirilmiş konfiqurasiyasını testləri başlayıb.

“AzeriDefence”nin məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, kumulyativ başlıqlı PUA uzaq məsafədən düşmənin zirehli texnikalarının aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Zərbə-KH” PUA üçün kumulyativ döyüş başlığı MSN-in Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Güclü zirehdəlmə qabiliyyətinə malik bu döyüş başlığının tanklara qarşı da tətbiq oluna biləcəyi söylənilir.

Kumulyativ başlığa malik “Zərbə-KH” kamikadze PUA 100 km qədər məsafədə düşmənə zərbə vurmağa imkan verəcək.