12/04/2019 19:48

Kursantlar atış çalışmalarını yerinə yetirir – VİDEO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhra şəraitində keçirilən dərslərdə təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış edirlər.

Hərbi qulluqçular müxtəlif atıcı silahlardan istifadə qaydalarını məşq etdirir və praktiki atış çalışmalarını icra edirlər.