27/04/2015 14:45

“Əl-Tarik” aviabombaları FA-50 təyyarəsinə inteqrasiya olunur


Cənubi Afrika şirkəti olan Denel Dynamic “Əl-Tarik” aviabombalarının FA-50 döyüş təyyarəsinə inteqrasiyası ilə bağlı Korea Aerospace Industries (KAI) ilə danışıqlar aparır.

“AzeriDefence”nin “Janes” jurnalına istinadən verdiyi məlumata görə, şirkətin məsul əməkdaşı Tins Bota bildirib ki, danışıqlarda aviabombaların GPS/İNS –lə idarə olunan, o cümlədən bağlana bilən qanad və güclü mühərriklə təmin olunmasından söhbət gedir. Burada məqsəd raketlərin 100 km məsafədə hədəfi məhv etməsinə nail olmaqdır.

Proqrama əsasən “Əl-Tarik” aviabombası infraqırmızı və yarımaktiv lazer görmə görmə sistemi, o cümlədən uçuş məsafəsini uzadan “Umbani” komplekti ilə təchiz olunmalıdır.
“Umbani” Denel və Tawazun Dynamics şirkətlərinin birgə məhsuludur.

Tins Bota qeyd edib ki, bu komplektlə olan aviabombalar artıq Mirage 2000-9 döyüş təyyarəsində və Hawker 102 təlim təyyarələrində tətbiq olunur.
Proqramın 2018-ci ilə qədər yekunlaşdırılacağı da nəzərdə tutulub.

Məlumat da o da bildirilib ki, aprelin 23-də “Əl-Tarik” aviabombası Cənubi Afrika Respublikasının Xok təyyarəsinin üzərinə inteqrasiya olunmuş tipi 30 min futdan atılıb. Raket 40 km məsafədə hədəfi məhv edib.