19/01/2018 12:33

Latviya Almaniyadan HK G36 tüfəngləri alır

Latviya Milli Silahlı Qüvvələri (NAF) Almaniyanın “Heckler&Koch” şirkəti ilə HK G36 tüfənginin alğı-satqısına dair müqavilə imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi xəbər yayıb.

Müdafiə Nazirliyinin açıqlamasına görə, sazişin dəyəri 15,85 milyon ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən “Heckler&Koch” şirkəti 2018-ci ildən etibarən HK G36 hücum tüfənglərini Latviya Silahlı Qüvvələri və Dövlət Sərhəd Qoşunlarına təhvil verməyə başlayacaq.

Məlumatda o da qeyd olunub ki, HK G36 tüfəngləri hazırda ordunun silahlanmasında yer alan AK-4 tüfənglərini əvəz etməsi üçün nəzərdə tutulub.