25/05/2016 16:20

Liberman İsrailin müdafiə naziri təyin olunub

İsrailin müdafiə naziri vəzifəsinə Aviqdor Liberman təyin olunub.

“AzəriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu sabiq xarici işlər naziri, “Bizim evimiz-İsrail” partiyasının rəhbəri Aviqdor Libermana Moşe Yaalondan boşalan müdafiə naziri postunu ötən həftə təklif etmişdi.

Qeyd edək ki, müdafiə naziri Moşe Yaalon istefa ərizəsini mayın 20-də hökumətə təqdim edib.