29/12/2017 22:55

“Lider TV” və “Azeri Defence” Şaxta Babanı ön cəbhəyə apardı – FOTOLAR

“Lider TV” və “Azeri Defence” jurnalının birgə təşkilatçılığı ilə “Əsgər Andı” proqramının növbəti buraxılışı cəbhə xəttində xidmət edən əsgərlərlə görüşə həsr olunub.

Belə  ki, verilişin bir hissəsi hərbi hissədə konsert proqramını əhatə edib. Daha sonra proqramın aparıcısı Anar Şuşalı və “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov cəbhə xəttində – ön mövqelərdə xidmət edən əsgərlərlə görüşüblər.

Düşmənlə üzbəüz mövqelərdə qonaq olan yaradıcı kollektiv əsgərlərin bayramını təbrik edib, onlara arzularını sözlərini çatdırıblar.

Daha sonra mövqeləri bir bir gəzən Şaxta Baba “Nursel Market” tərəfindən göndərilən bayram sovqatlarını əsgərlərə təqdim edib.

Öz növbəsində ön mövqedə xidmət edən əsgərlərin “Əsgər Andı” proqramı vasitəsi ilə yaxınlarının bayramlarını təbrik etməsinə şərait yaradılıb.

“Əsgər Andı”nın növbəti – Yeni İlə həsr olunmuş buraxılışı dekabrın 31-i saat 11:00-da efirə gedəcək.