26/12/2013 08:26

Litva Ordusu FN SCAR-H PR avtomatı alır

Litva Müdafiə Nazirliyi Belçikanın FN Herstal şirkəti ilə 7.62 mm çaplı FN SCAR-H PR avtomat tüfənglərinin alğı-satqısına dair müqavilə bağlayıb. “AzeriDefence”nin “Defense News”a istinadən verdiyi məlumata görə, müqavilənin dəyəri 3,9 milyon dollar təşkil edir. Silahın çatdırılmasına 2014-cü ildə başlanacaq.

SCAR-H PR Litvanın Quru Qoşunları üçün nəzərdə tutulub. Tüfəng Schmidt & Bender şirkətinin istehsalı olan nişangahlarla təchiz olunacaq.