03/04/2018 16:12

Litva Ordusu İsraildən qısa mənzilli radarlar alır

Litva Silahlı Qüvvələri İsrailin “ELTA Systems” şirkəti ilə beş ədəd qısa mənzilli müşahidə radarlarının əldə edilməsi ilə bağlı müqavilə imzalayıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, alınacaq radarlın ümumi dəyəri təxminən 2.8 milyon avro təşkil edəcək. Qısa mənzilli radarlar müşahidə sisteminə inteqrasiya ediləcək. Radarlar hava hədəflərini aşkar etməklə yanaşı, izləmə qabiliyyətinə də malikdirlər.

Yeni radarların 2019-cu ilin sonuna qədər fəaliyyətə başlayacağı qeyd edilib. Radarların Varena, Svencionis, Vilnius, Jurbarkas və Pagegiai şəhərlərində qurulması planlaşdırılır.