18/09/2013 09:14

Liviya Türkiyədən 20 min ədəd G-3 tüfəngi almaq istəyir

Liviya Silahlı Qüvvələri 20 min ədəd piyada tüfənginin alınması üçün Türkiyə hökumətinə xahişlə müraciət edib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə libya.tv məlumat yayıb.

Liviya hökuməti Türkiyədən 5.56 və 7.62 mm çaplı G-3 tüfəngləri almaq niyyətindədir.

Məlumatda qeyd olunub ki, Liviya həmçinin yeni zirehli texnika və helikopterlər də əldə etmək niyyətindədir.

Qeyd edək ki, G-3 tüfəngi 1959-cu ildən silahlanmadadır. Türkiyədə MKE şirkəti alman HK G-3 tüfəngini G-3A7 adyla lisenziya əsasında istehsal edir.