28/04/2017 11:01

Macarıstan Ceyrançöl layihəsinə 100 000 avro ayırıb

Macarıstan Azərbaycanın Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Sülh Naminə Tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən Etimad Fondu layihəsinə 100.000 avro məbləğində vəsait ayırıb.

Bu barədə “AzeriDefence” Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Töhfə 20 aprel 2017-ci ildə NATO-nun Dəstək Agentliyi (NSPA) hesabına edilib. NATO qərargahında keçirilən Əməkdaşlıq və Koperativ Təhlükəsizlik Komitəsinin iclasında Ceyrançöl lahiyəsinin üçüncü mərhələsində aparıcı ölkə olan Türkiyə və Azərbaycan Macarıstan hökumətinə öz minnətdarlığını bildirib.