23/06/2016 21:07

Maddi-Texniki Təminat Baş İdarəsinin hərbi hissəsində yeni əsgər yataqxanası istifadəyə verilib

İyunun 23-də Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissədə yeni əsgər yataqxanası istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, açılış mərasimində iştirak edən müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Fuad Məmmədov əlamətdar hadisə ilə bağlı müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

Polkovnik F.Məmmədov əsgər yataqxanasının maddi-texniki təminatla təchiz edilmiş silah, ideoloji, məişət və digər otaqlarına baş çəkib, burada yaradılan şəraitlə yaxından tanış olub. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb.

mtthh3

mtthh4

mtthh5