28/10/2016 22:14

MAKA yeni döyüş modulu hazırlayır

Müdafiə Sınayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hərbi maşınların silahlandırılması üçün yeni döyüş modulu hazırlanır.

Bu barədə “Azeri Defence” jurnalına müsahibəsində MAKA-nın baş direktoru Alçın Şirinzadə məlumat verib.

Döyüş modulunun ilk nümunəsi 12,7 mm çaplı pulemyot və tüstü qumbaraatanları ilə təchiz olunacaq. Modulun üzərində gündüz və termal kameralar, lazer məsafəölçən yer alacaq.

“Distans döyüş modulunun proqram təminatı bütövlükdə yerli kadrlarımız tərəfindən hazırlanır. Bu modul universal olmaqla, həm zirehli, həm də zirehsiz xüsusi təyinatlı maşınlarda quraşdırıla biləcək”, – deyə A. Şirinzadə vurğulayıb.