17/09/2015 14:12

Malayziya HDQ ASELSAN-ın “Mühafiz” toplarını seçdi

Malayziya Silahlı Qüvvələrinin gəmiləri ASELSAN şirkətinin istehsalı olan 30 mm-lik “Mühafiz” uzaqdan komandalı stabilləşdirilmiş toplarla silahlandırılacaq.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə ASELSAN şirkətinin İcitmaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi məlumatda bildirilib.

ASELSAN-ın yaydığı açıqlamaya görə, Malayziyada yerləşən bir firma ilə imzalanan müqavilə çərçivəsində ASELSAN istehsalı olan 30 mm-lik “Mühafiz” topları Malayziya Silahlı Qüvvələrinə aid 44 metrlik katerlərə inteqrasiya ediləcək.

Dəyəri 8 508 000 Avro təşkil edən müqavilə çərçivəsində silah sistemlərinin sifarişçiyə çatdırılması 2016-2018-ci illərdə həyata keçiriləcək.

Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri, Sahil Mühafizəsi, Quru Qoşunları və Əmniyyət Baş İdarəsinin inventarında yer alan ASELSAN şirkətinin uzaqdan idarə olunan silah sistemləri Türkiyə ilə yanaşı 10 ölkənin silahlanmasında mövcuddur.

30 mm çaplı Stabilləşdirilmiş Top (“Mühafiz”) Sistemi döyüş gəmilərində, gözətçi katerlərində, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üzrə yaradılmış Uzaqdan Komandalı Silah Sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” Sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir.

“Mühafiz” Sistemində optik görüş və silah nişangahı sistemin montaj edildiyi platformanın hərəkətlərinə bağlı olmadan hədəf üzərində qala bilməsi üçün ayrı-ayrı stabilləşdirilib. Gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir. Sistem, avtomatik hədəf təqibi və balistik hesablama qabiliyyətinə malik olub üzərinə yerləşdirilmiş olduğu platforma və ya hədəf hərəkət halında olduqda belə yüksək dəqiqliklə atəş açmağa imkan verir.

 

MUHAFIZ_ASELSAN