12/02/2018 20:38

Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev  Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Qeyd edək ki, M. Şahverdiyev prezident İlham Əliyevin 2017-ci ilin sentyabr ayında imzaladığı sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin səfərbərlik hazırlığı və səfərbərlik üzrə müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi təyin edilib.