06/06/2017 13:17

MDB Müdafiə Nazirləri Şurasının nümayəndələri Ermənistana səfər ediblər

MDB Müdafiə Nazirləri Şurasının nümayəndələri Ermənistana səfər ediblər.

“AzeriDefence”nin panorama.am-a istinadən verdiyi məlumata görə, MDB-yə üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının iş planına əsasən, 6-8 iyunda İrəvanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin silahlı qüvvələrinin aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə Koordinasiya komitəsinin növbəti iclası keçiriləcək.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə artıq İrəvana MDB dövlətlərinin şura katibliyinin nümayəndələri, habelə MDB-yə üzvü olan dövlətlərin müdafiə nazirləri və Birliyə üzv olan ölkələrin müdafiə idarələrinin nümayəndələri gəliblər.