20/04/2018 12:00

MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.