09/07/2019 20:08

Mədət Quliyev MSN -in Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdirini vəzifəsindən azad edib

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi olub.

“Azeri Defence”nin məlumatına görə nazir Mədət Quliyevin əmri ilə MSN-in Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.