20/06/2019 18:52

Mədət Quliyev Müdafiə sənayesi naziri təyin edilib

Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Prezidentin digər sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev vəzifəsindən azad edilərək Müdafiə sənayesi naziri təyin edilib.