Məhərrəm Əliyev Azərbaycan Prezidentinin köməkçisi təyin edilib, ona general-polkovnik ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Məhrrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.
Prezidentin sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.