29/11/2017 23:06

Məhkəmə iclasında zəhər içən general öldü

Xorvat Müdafiə Şurasının sabiq rəhbəri, general-leytenant Slobodan Praljak Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddə qəbul edib.

“AzeriDefence” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç deyib.

Bildirilib ki, iclasda məhkəmə qərarı elan olunan zaman buna etiraz olaraq zəhər içən general S.Praljakın həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Generalın içdiyi zəhər güclü təsirə malik olub.

Xatırladaq ki, 2013-cü ildə bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli bilinən S.Praljak məhkəmənin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün beynəlxalq tribunal hökmün qüvvədə qaldığını təsdiqləyib.