26/04/2018 18:35

“Mehtər” bölüyü Gəncəyə gələcək

Türkiyənin məşhur “Mehtər” tarixi hərbi orkestri (Mehtər takımı) Gəncəyə səfəri gözlənilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin zabiti, istefada olan polkovnik Abdulla Qurbani məlumat verib.

A.Qurbaninin sözlərinə görə, “Mehtər” bölüyü may ayının 25-də Gəncədə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə onun ssenarisi əsasında təşkil olunan tədbirdə iştirak edəcək.

Qurbani dövlət müstəqilliyinin 100-cü ildönümü münasibəti ilə Gəncə şəhərində möhtəşəm tədbirə hazırlıq işlərinin getdiyini deyib. Tədbirdə hazırda Türkiyə yaşayan Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularının nəvə və nəticələrinin də iştirakı gözlənilir.