25/11/2014 06:46

METEKSAN şirkəti insanı tanıyan radarın təqdimatın keçirib – FOTO

Türkiyənin METEKSAN Savunma şirkəti yeni nəsil yerüstü müşahidə radarının təqdimatını keçirib. Bu barədə AzeriDefenceyə METEKSAN Savunma şirkətindən məlumat verilib.Retinar PTR adlanan yeni radar insan təsbiti və tanımasını həyata keçirir. PTR lazım olduğunda bütün əməliyyat aksesuarları ilə birlikdə kürək çantasında tək adam tərəfindən daşına bilir. Yeni sistem, təcrübəli radar operatoru ehtiyacını ortadan qaldıraraq, personal xərclərində qənaətə və istifadəçi səhvlərinin azaldılması üçün fövqəladə yenilikçi bir istifadəçi interfeysinə sahibdir.

PTR həyati obyektlərin təhlükəsizliyi, sərhəddə müşahidə və təhlükəsizlik, patrul xidməti həyata keçirən təhlükəsizlik personalının təhlükəsizliyi daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə oluna bilir.

Retinar PTR insanların təsbiti üçün xüsusi alqoritmlərlə təchiz edilib. Yəni, yeni sistem bütün radarlardan fərqli olaraq çöldə çox görülən qaban, uzunqulaq kimi digər hədəfləri insandan ayırd etmə xüsusiyyətinə sahibdir. Yenilikçi RF dizaynı və yüksək siqnal işləmə tutumu ilə yaxalanma imkanı minimum olan xüsusi dalğadan istifadə edir.

PTR-in xüsusiyyətləri
• Çox aşağı səhv həyəcan nisbəti
• İnsan təsbiti və təsnif etmə
• Gücləndirilmiş dizüstü kompüter
• 2B-3B rəqəmsal xəritələr
• Tablet və ağıllı telefon ilə istifadə
• WiFi və ya kabel ilə uzaqdan istifadə

Retinar PTR geniş sahələrdə hərəkət edən bütün hədəfləri sürətli təsbit edir və izləyir. Hədəflərin təqibi üçün ehtiyac duyulduqda radar kamera sistemlərinə inteqrə edilə bilir. Mövcud təhlükəsizlik sistemlərini “izə istiqamətləndirmə” (slew-to-cue) xüsusiyyəti ilə “ağıllandıran” PTR yanlış həyəcan və istifadəçi səhvlərini azaldır. Sistem həm sabit, həm də nəqliyyat vasitələrinə qurula və ya tripod ilə mobil şəkildə istifadə edilə bilir.