17/01/2018 11:17

“Mi-17” hərbi helikopter qəzaya uğrayıb, 10 nəfər ölüb

Kolumbiyanın şimalında göyərtəsində 10 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

“AzeriDefence” “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Seqoviya şəhəri yaxınlığında baş verib.

Kolumbiya Silahlı Qüvvələrindən verilən məlumatına görə, yanvarın 16-da Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” çoxməqsədli helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində 8 hərbçi və 2 mülki şəxs olub. Qəza zamanı helikopterdə olan 10 nəfər dünyasını dəyişib.

Qəzanın necə və hansı şəraitdə baş vermə səbəbləri araşdırılır.