13/02/2019 11:56

Mi-171A2 çoxməqsədli helikopterin ilk partiyası Qazaxıstana çatdırılıb

Rusiyanın “Vertolyotı Rossii” Dövlət Şirkəti ilk Mi-171A2 çoxməqsədli helikopteri Qazaxıstana təhvil verib.

Bu barədə “AzeriDefence”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertolyotı Rossii” ilə Qazaxıstan arasında Mi-171A2 çoxməqsədli helikopterin tədarükünə dair müqavilə 2017-ci ilin sonunda imzalanıb. Mi-171A2 helikopteri Mi-8/17 helikopterlərinin ən müasir modifikasiyasıdır. Yeni kompleks helekopterlərdə “şüşə kabinə” prinsipi tətbiq olunub. Helekopteri üçün yeni yaradılan KBO-17 avadanlığına pilot-naviqasiya informasiya və bort sisteminə 6×8 düym ölçülərində 4 maye kristallar ekran daxildir. Həmin avadanlığın köməyi ilə helikopterin ön və arxa tərəflərindən görüntülər aşkar edilə bilir.

Yeni kompleksdə GLONASS/GPS ikikanallı rəqəmsal avtopilot da mövcuddur. Yeni kompleksə keçməklə ekipajın sayını iki nəfərə, pultun sayını isə 8-dən 3-dək ixtisar etmək mümkündür. Yeni avadanlıq axtarış-xilasetmə işlərinin həyata keçirən helikopterlərlə yanaşı döyüş helikopterlərinə də qurula bilir.

Mi-171A2 daha güclü VK-2500PS elektron sistemli mühərriklə təmin olunub. Mi-171A2-nin uçuş məsafəsi yanacağın həcminə görə, 850 km-dir. Yüklə birgə çəkisi isə 5 tondur. Helikopterin müasir avionikası Mi-171A2-yə istənilən hava şəraitində uçmaq imkanı yaradır.  Helikopter 280 km/saat sürətlə uçur.

Məlumatda o da qeyd olunub ki, “Vertolyotı Rossii” 2019-cu ilin sonuna qədər Hindistana daha bir ədəd Mi-171A2 çoxməqsədli helikopter tədarük etməyi planlaşdırır.