17/02/2017 16:07

Mİ-28NM döyüş helikopterinin sınaqları başlanılıb

“Rusiya Helikopterləri” (Vertolyotı Rossii) dövlət şirkəti medernləşdirilməsi tamamlanan yeni 9 ədəd Mİ-28NM “Night Hunter” döyüş helikopterinin testlərinə hazırlaşır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Rusiya Helikopterləri” şirkətinin direktoru Andrey Boqinskiy açıqlamasında bildirib.

Mİ-28NM helikopterin testlərinin 2017-ci il ərzində keçirilməsi planlaşdırılıb.

A. Boqinskiy vurğulayıb ki, sınaqların nəticəsi olaraq modernləşdirilmənin müvafiq sertifikatlaşdırma tələbləri yerinə yetiriləcək.

Məlumatda o da qeyd olunub ki, yeni Mİ-28NM döyüş helikopteri 360 dərəcə əhatə radarı, yeni nəzarət sistemi və ağıllı silahlarla təchiz edilib.