10/08/2013 15:27

Mi-28UB təlim-döyüş helikopteri MAKS2013 sərgisində ilk dəfə nümayişə çıxarılır

Rusiya Helikopterləri şirkəti (Vertolyotı Rossii) MAKS-2013 beynəlxalq aviakosmik sərgisində Mi-28UB yeni tədris-döyüş helikopterini ilk dəfə nümayiş etdirəcək. Bu barədə “AzeriDefence”yə Rusiya Helikopterləri şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Mi-28UB ikiqat idarəetmə dəstinin tətbiq edildiyi xüsusi helikopterdir. Bu helikopter özündə zərbə helikopterinin bütün funksiyalarını saxlayır. Bu helikopteri həm pilotun kabinəsindən, həm də təlimatçı funksiyalarını yerinə yetirən pilot-operatorun kabinəsindən idarə etmək mümkündürr.

Mi-28UB avqustun 9-da birinci nümayiş uçuşunu yerinə yetirib. MAKS-2013 aviasalonunda Mi-28UB Rusiya Helikoptterləri şirkətinin statik dayanacağında yerləşəcək.