22/10/2012 13:39

Mi-8MSB helikopterinin sınaqları başa çatıb

Ukrayna Mi-8MSB helikopterinin sınaqlarını başa çatdırıb və helikopterin seriyalı istehsalına icazə verilib. Bu barədə “AzeriDefence” Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Sınaqlar Tacikstanda yüksək dağlıq şəraitdə və yüksək temperaturlarda keçirilib və sınaqlar proqramı tamamilə yerinə yetirilib. Yeni helikopter bəzi xüsusiyyətlərinə görə, Mi-8MT modelindən daha üstündür.

Hazırda Mi-8MSB Birləşmiş Ərəb Əmirliklərində nümunəvi uçuşlara hazırlanır.