27/10/2012 17:01

MiG-35 təyyarələri Rusiya Hərbi Hava Qüvvələrinə 2014-cü ildən çatdırılacaq

Rusiya Hərbi Hava Qüvvələrinə MiG-35 çoxməqsədli döyüş təyyarələrinin çatdırılmasına 2014-cü ildə başlanacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə jurnalistlərə MiG korporasiyasının baş direktoru Serqey Korotkov bildirib.

MiG-35 təyyarəsinin sifariş üzrə bir və ikiyerli versiyaları istehsal ediləcək. Təyyarə saatda 2,4 min kilometrə qədər sürət yığmağı bacarır. Praktik uzaqlığı isə təxminən üç min kilometri təşkil edir. Təyyarəyə “Juk-A” tipli AFAR qurulacaq ki, bu da 200 kilometrə qədər hava və yerüstü hədəfləri aşkar etməyə imkan verəcək.