16/05/2019 16:45

MILEX-2019: Azərbaycan silahları ilə maraqlanan xarici ölkələrin nümayəndələri ilə razılaşmalar əldə olunub – FOTOLAR

Belarusun paytaxtı Minsk şəhərində keçirilən MILEX-2019 IX beynəlxalq silah və hərbi texnika sərgisi davam edir.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının sözlərinə görə, sərgi çərçivəsində bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendində bir sıra ölkələrdən olan şirkətlərlə və istehsalçı təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.

Azərbaycan silahları ilə maraqlanan xarici ölkələrin nümayəndələri ilə birgə əməkdaşlıq imkanları müzakirə edilib və razılaşmalar əldə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri də Belarus, Rusiya və digər ölkələrdən olan şirkətlərin stendlərini ziyarət ediblər.