16/05/2019 15:16

MILEX-2019: Belarus yeni BRDM-4B kəşfiyyat kompleksini təqdim edib

Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkəti mayın 15-dən 18-dək Minskdə keçirilən MILEX-2019 müdafiə sərgisində çoxfunksiyalı kəşfiyyat kompleksini təqdim edir.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, “Aqat İdarəetmə Sistemləri” şirkəti tərəfindən yaradılan yeni kəşfiyyat kompleksi BRDM-4B indeksi alıb. BRDM-4B Minsk Təkərli Dartıcı Zavodu (MZKT) tərəfindən hazırlanmış MZKT-490100/V1 zirehli avtomobili əsasında hazırlanıb.

BRDM-4B mobil kompleks, döyüş zamanı, o cümlədən, günün müxtəlif vaxtlarında, istənilən hava şəraitində və məhdud görmə şəraitində birbaşa kəşfiyyat aparmaq üçün nəzərdə tutulub. “Aqat İdarəetmə Sistemləri” şirkətinin mütəxəssislərinin sözlərinə görə, kompleks 300 km məsafədə fəaliyyət göstərə və müxtəlif kəşfiyyat sistemlərinə inteqrasiya oluna bilər. Eyni zamanda kompleks ərazi rəqəmsal xəritəsində aşkar edilmiş hədəflərin (15 metr dəqiqliklə) koordinatının avtomatlaşdırılmış rejimdə müəyyən etməyə imkan verir.

BRDM-4B kompleksi hərəkətdə olarkən 30 kilometrə qədər, sabit halda 300 kilometrə qədər uzaqlıqda məlumatların (qrafik və mətn sənədləri şəklində) avtomatlaşdırılmış rejimdə qəbulu və ötürülməsi həyata keçirilir, rabitə əlaqəsi təmin edilir. Bundan əlavə, BRDM-4B kompleksinə quraşdırılmış avadanlıqlar radioaktiv partlayıcı qurğulara maneə törətmək, aerosol qurmaq, tüstü pərdələrini qurmaq və çirklənmiş ərazilərdə radiasiya və kimyəvi qorunma tapşırıqlarının yerinə yetirilməsini təmin edə bilər.

Qeyd edək ki, iki il əvvəl MZKT-nin yaratdığı yüngül zirehli MZKT-490100/V1 maşının şossedə maksimum sürəti 120 km/saat, yolsuzluqda isə 60 km/saatdır. Zirehli maşının ehtiyat gediş məsafəsi isə 1000 km təşkil edir.