16/05/2019 18:11

MILEX-2019: Müdafiə Nazirliyinin nümayəndə heyətinə “Polonez”in yeni raketinin təqdimatı keçirilib

Minskdə keçirilən MILEX-2019 beynəlxalq müdafiə sərgisində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrlə görüşlər keçirib.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının məlumatına görə, Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə daxil olan müəssisələrin stendlərini ziyarət edib, eləcədə NPOO “OKB TSP” daxil olamaqla bir neçə şirkətdə görüşlər keçiriblər.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinə Belarus istehsalı olan müxtəlif yeni silah, texnika və döyüş sursatları, eləcə də radiotexniki vasitələr nümayiş etdirilib. Yeni silahlar barədə təqdimatlar keçirilib.

Nümayəndə heyətinə həmçinin Belarusda istehsal olunması nəzərdə tutulan və artıq ilk nümunələri hazırlanmış “Polonez” operativ-taktiki raket kompleksi üçün yeni uzun mənzilli raketin də təqdimatı keçirilib.