15/05/2019 16:53

MILEX-2019: Yəhya Musayev Serbiyanın müdafiə nazirinin köməkçisi ilə görüşüb

??

Bu gün MILEX-2019 sərgisi çərçivəsində Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev MSN-in stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradoviclə görüşüb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb.

Nenad Miliradovic MILEX-2019 sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən nümayiş etdirilən məmulatlarla tanış olub.