04/11/2019 22:27

MİLGEM korvetindən “Atmaca” raketinin ilk atışı həyata keçirildi

ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Atmaca” gəmi əleyhinə raketin “Kınalıada” korvetindən ilk dəfə uğurlu atışı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi sosial media hesabında bildirib.

200 km-dən çox atış uzaqlığına malik “Atmaca” raketi Sinop yaxınlığında buraxılıb.

Raketin diametri 350 mm, uzunluğu 4.8 m təşkil edir. Ağırlığı 800 kq təşkil edən raket 250 kq ağırlığında döyüş başlığı daşıyır.

Raketin istehsalı ROKETSAN, atış-kontrol sistemləri və digər cihazları isə ASELSAN şirkəti tərəfindən istehsal edilir.

Səthdən-səthə İdarə Olunan Raket Tədarükü proqramı çərçivəsində yaradılmış “Atmaca” Türkiyənin ilk dəniz raketidir.