30/08/2014 16:04

Minaya düşən erməni hərbçiləri cəbhədə mina basdırırmış

Cəbhə xəttinində ötən gün minaya düşmüş erməni hərbçilərinin kimliyi bəlli olub. “AzeriDefence”nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi yaralananların kimliyini açıqlayıb.

Ötən gün yerli vaxtla saat 18:00-da cəbhədə Ermənistan Ordusu mühəndis-istehkam işləri apararkən hərbi hissənin zabitləri – podpolkovnik Lernik Babayan, kapitan Vahan Sərkisyan, leytenant Ovanes Kortinyan və əsgər Andranik Babayan mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, hadisə baş verən hərbi hissə Ermənistanın Tavuş vilayəti ərazisində yerləşir. Erməni tərəfi dövlət sərhədindən Azərbaycan Ordusunun kəşfiyyat qruplarının sızmasının qarşısını almaq məqsədi ilə mühəndis-istehkam işləri aparır və bəzi əraziləri yenidən minalayır.