30/11/2017 15:49

Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası keçirilib

Bu gün Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası keçirilib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

İclasında Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri müasir çağırışlar və təhlükələrə qarşı müqavimət sahəsində, siyasi və hərbi sahələrdə məsələləri müzakirə ediblər.

İclasda KTMT və onun iş orqanlarının fəaliyyəti və kollektiv təhlükəsizlik sisteminin inkişaf fəaliyyətinin təkmilləşdirilməsiylə bağlı qərarlar qəbul edilib.

İştirakçılar həmçinin növbəti il üçün birgə tədbirlər planı uyğunlaşdırıb.