20/08/2019 12:59

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılıb

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bu barədə “AzeriDefence” “Modern.az” saytına istinadən məlumat verib.

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.

R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.