27/01/2017 17:43

MiQ-35 yeni döyüş təyyarəsinin təqdimatı keçirilib- FOTOLAR  

Rusiya aviasiya sənayesinin yeni məhsulu olan MiQ-35 çoxfunksiyalı döyüş təyyarəsinin təqdimatı keçirilib.

“AzeriDefence”nin MiQ – Rusiya Təyyarətikinti Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, Luxoviçi şəhərində yerlkəşən istehsal kompleksində keçirilən təqdimat mərasimində Rusiyanın dövlət qurumlarının və 30-a yaxın xarici ölkənin hərbi strukturlarının nümayəndələri iştirak edib.

Təyyarə haqda Şirkətin ictimai səhimdar cəmiyyətinin prezidenti Yuriy Slyusar, baş konstruktor – vitse-prezident Serqey Korotkov, MiQ şirkətinin baş direktoru İlya Tarasenko danışıblar.

Tədbirdə Rusiya baş nazirinin müdafiə sənayesi sektorundan məsul müavini Dimitriy Raqozin, Hərbi Kosmik Qüvvələrin komandanı Viktor Bondaryev MiQ-35 Rusiya aviasiyasının yeni mərhələsi adlandırıblar. D. Roqozin çıxışında Hindistanın artıq bu təyyarə ilə maraqlandığını da söyləyib.

Sonra qonaqlar MiQ-35-in uçuşlarını yaxından izləmək şansı əldə ediblər.

Bununla yanaşı təyyarə Rusiya prezidenti Vladimir Putinə də təqdim olunub. V. Putin canlı olaraq videobağlantı şəklində MiQ-35-in uçuşlarını izləyib. Təyyarə haqda ona əlavə məlumatlar verilib.

Qeyd edək ki, MiQ-35-in uzunluğu 17,32 m, qanadlarının (açıq vəziyyətdə) uzunluğu 12 m, yüksüz çəkisi 11 ton, yanacaq litri 4,8 ton, döyüş yükü daşımaq gücü 7 tondur.

Təyyarə 2 x RD33MKV mühərriki ilə təchiz olunub. Uçuş tavanı 17 km, maksimum sürəti isə 2,6 min km/saat təşkil edir.

MiQ-35 təyyarələri düşmənin hava məkanına girmədən hədəfi müxtəlif tip silahlarla vurmaq üçün hazırlanıb. Son nəsil rabitə və hədəfləmə sistemləri ilə təchiz olunan təyyarənin uçuş mənzili 3 min kilometrdir.

Təyyarəyə qurulan “Juk-A” tipli antenli perspektiv radiolokasiya stansiyası (AFAR) da 200 kilometrə qədər hava və yerüstü hədəfləri aşkar etməyə imkan verəcək.

miq-35_2

miq-35_arxa

miq-35_f

miq-35_salon