31/08/2015 16:58

MiQ-35 yeni RLS-lə təchiz olunub

MiQ-35 döyüş təyyarəsi radar sistemi quraşdırımlmış yeni radiolakasiya stansiyası ilə təchiz olunub.

“AzeriDefence”nin xarici KİV-ə istinadən verdiyi məlumatına görə, Rusiya istehsalı olan MiQ-35-in təchiz olunduğu bu RLS 3D prinsipi ilə işləyir.

“Konserna Radioelektronnie Texnoloqiye” tərəfindən hazırlanan sistem modern AFAR texnologiyası ilə çalışır.

Bunun özəlliyi ondan ibarətdir ki, yeni sistem kiçik elementlərə qədər pilotu məlumatla təchiz edir.

Yeni sistem MAKS-2015 sərgisində hərbi mütəxəssislərə təqdim olunub.

Sitem tam olaraq silahlanmaya 2018-ci ilə kimi veriləcək.