18/02/2015 04:35

Misir fransız “Rafale” təyyarələrini seçdi

Misir Hərbi Hava Qüvvələri Fransanın “Dassault Aviation” şirkəti arasında 24 ədəd “Rafale” döyüş təyyarəsinin alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, təyyarələrin ilk partiyasının çatdırılması 2018-ci ilə planlaşdırılır.

Müqavilənin dəyəri, komplektasiyası və çatdırılma müddətləri barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, Misir Hərbi Hava Qüvvələrinin silahlanmasında hazırda Fransa istehsalı olan “Miraj-2000” və “Miraj-5” qırıcı-bombardmançı təyyarələri yer alır.