30/03/2016 17:31

Misir nümayəndə heyəti FHN-də olub

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence” FHN-in saytına istinadən məlumat verib.

Azərbaycan və Misir arasında əlaqələrin günü-gündən möhkəmləndiyini deyən nazir K. Heydərov bildirib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ölkələr arasında uğurlu əməkdaşlıq mövcuddur.

Səmimi görüşə görə təşəkkürünü bildirən general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimi Misirin müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

DSC_0065