14/12/2017 21:57

Misirdə EDEX-2018 adlı beynəlxalq hərbi sərgi keçiriləcək

Misirdə 2018-ci ilin dekabr ayında ilk beynəlxalq müdafiə sərgisi keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, 3-5 dekabr 2018-ci il tarixində Qahirədə keçiriləcək EDEX-2018 (Misir Beynəlxalq Müdafiə və Hərbi Sənaye Sərgisi) sərgisinə hazırlıqlara rəsmən başlanıb.

Misirin Hərbi İstehsal Nazirliyində sərgi ilə bağlı keçirilən mətbuat konfransında qeyd olunub ki, tədbir dünyada beynəlxalq hərbi və təhlükəsizlik sərgilərinin təşkili üzrə ixtisaslaşmış “Clarion International Defense and Security Company”  şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. “Clarion” müxtəlif sahələrdə 200-dən çox tədbir təşkil edib. EDEX-2018 sərgisində müdafiə və təhlükəsizlik sistemlərinin istehsalı ilə məşğul olan 300-dən çox şirkətin iştirakı gözlənilir.

Misirin hərbi istehsal naziri Məhəmməd əl-Əsrin sərginin hər iki ildə bir dəfə təşkil ediləcəyini bildirib.